AVMVİB üzvü Pyotr Kuvşınov üzgüçülük üzrə 3-cü yeri tutdu.

8 iyun 2025-ci il tarixində Pirallahı qəsəbəsində açıq suda üzgüçülük üzrə təşkil olunan «Dalğadan Güclü» respublika yarışı çərçivəsində «Masters» kateqoriyasında 500 metr məsafədə çıxış edən AVMVİB-nin Nəsimi rayon şöbəsinin fəal üzvü və müharibə veteranı Pyotr Kuvşinov əzmkar mübarizə nümayiş etdirərək 3-cü yeri qazanmışdır.

Göstərdiyi iradə və idman ruhuna görə o, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyevin imzası ilə Diplomla təltif olunmuşdur. Veteranımızı bu uğuru münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-06-09-at-19-48-23

Whats-App-Image-2025-06-09-at-19-46-20

Whats-App-Image-2025-06-09-at-19-46-57

Bu xəbəri paylaşın: