Məcburi köçkün məktəbinin müəllimindən yüksək nəticə

Kəlbəcər rayon 84 nömrəli tam məktəbin coğrafiya müəllimi İlahə Nemətullayeva sertfikasiy imtahanında yüksək nəticə əldə edib.

Azərbaycanın təhsil sistemində fədakar müəllimlərin əməyinin bəhrəsi özünü müxtəlif sahələrdə göstərməkdədir. Bu uğurlu nümunələrdən biri də İlahə Nəmətullayevadır. O, məcburi köçkün məktəbində çətin şəraitdə çalışsa da, yüksək pedaqoji məsuliyyət və zəhmətkeşliyi ilə seçilərək nümunəvi nəticəyə imza atdı.

İlahə müəllimə bu il keçirilən müəllimlərin sertfikasiya imtahanlarında 57 bal toplayaraq diqqətləri üzərinə çəkdi. Bu, yalnız onun şəxsi uğuru deyil, həm də məcburi köçkün məktəblərində fəaliyyət göstərən müəllimlərin potensialının, əzminin və peşəkarlığının bariz göstəricisidir
Məcburi köçkün statuslu məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək üçün böyük fədakarlıq və əzm tələb olunur. İlahə Nəmətullayevanın bu uğuru, həmkarlarına da ruh yüksəkliyi verərək onların da öz üzərində daha çox çalışmağa təşviq edir.

Kəlbəcər rayon 84 nömrəli tam məktəbin direktoru Həqiqət xanım başda olmaqla bütün kollektiv İlahə xanımi təbrik edir!

Bu xəbəri paylaşın: