Bu gün silahdaşlarımızdan birinin — 44 günlük Vətən müharibəsi qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, AVMVİB Nərimanov rayon şöbəsinin sədr müavini Osmanov Bayram Qurbanəli oğlunun doğum günüdür. İyul ayının 20-də onun 27 yaşı tamam olur.
Bayram Osmanov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş, göstərdiyi şücaətə görə «Hərbi xidmətdə fərqlənməyə görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» və digər medallarla təltif olunmuşdur.
Atalarımız demişdir ki, ot kökü üstə bitər. Doğrudan da aslandan aslan, oddan od törəyər demişlər. Bayram Osmanov AVMVİB sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri, I və II Qarabağ müharibəsinin iştirakçısı Qurbanəli Osmanovun oğludur.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, həmçinin fedai.az və veteran.az saytının kollektivi, eyni zamanda döyüş yoldaşları və dostları Osmanov Bayram Qurbanəli oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı və xoşbəxtlik arzulayır.





















