Şəhid Rəşid Bağırovun büstünün açılışı oldu

20 iyun 2025-ci il tarixində Xətai rayonunda, Birinci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rəşid Bağırovun büstünün açılış mərasimi keçirilib.

Tədbirdə Milli Qəhrəman Tahir Həsənovun anası Qalibə xanım, şəhid Asif Məhərrəmovun qardaşı hacı Ədalət, Yuri Kovalyovun qızı Regina xanım, qardaşı Vitali, kürəkəni, qazilər, şəhid anaları və ataları, müharibə veteranları iştirak edirdilər.

Mərasimdə, həmçinin, AVMVİB-in sədri Füzuli Rzaquliyev, sədr müavinləri Elmar Hüseynov, İslam Səfərov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Pənah müəllim, əməkdar incəsənət xadimi Ağalar Bayramov, Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, Mürvət Həsənov, şəhidin döyüş yoldaşları və bir sıra ictimai birliklərin rəhbərləri və üzvləri də iştirak ediblər.

Çıxış edənlər şəhid Rəşid Bağırovun Ağdərə döyüşlərində göstərdiyi igidlik və fədakarlıqdan bəhs etdilər. Şəhidin qardaşı, müharibə veteranı Fikrət Bağırov və oğlu Xəyal Bağırov da çıxış edərək, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, tədbir iştirakçılarına minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, şəhid Rəşid Bağırov 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur.

AVMVİB-in Mətbuat xidməti

WhatsApp Image 2025 07 21 at 19.09.52 (1) Whats-App-Image-2025-07-21-at-16-42-37

Whats-App-Image-2025-07-21-at-16-42-37-1

Whats-App-Image-2025-07-21-at-16-42-37-2

Whats-App-Image-2025-07-21-at-16-42-37-3

Whats-App-Image-2025-07-21-at-16-42-37-4

Whats-App-Image-2025-07-21-at-16-42-38

Whats-App-Image-2025-07-21-at-16-42-38-1

Whats-App-Image-2025-07-21-at-16-42-38-2

Whats-App-Image-2025-07-21-at-16-42-38-3

Bu xəbəri paylaşın: