«Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi ölçü götürüləcək». Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin üzvü, AVMVİB NTK sədri Niyazi Quliyev deyib. O, bildirib ki, İdarə Heyətinin qəbul etdiyi qərarları yerinə yetirmək hamımız üçün məcburi sayılır. Bu istiqamətdə yetərincə işlər görmüşük.
Ümumiyyətlə, qərarları icra etməyənlərlə vidalaşmağı planlaşdırırıq.İlk növbədə ödənişi etməyən və AVMVİB-nin tədbirlərində iştirak etməyən şöbələr haqqında ölçülər götürüləcək. İctimai fəaliyyətimizin istiqamətlərini İdarə Heyətinin qərarları formalaşdırır. Biz verdiyimiz qərarların icrasını daim diqqətdə saxlayırıq. Kimsəni də zorla sıralarımızda saxlamaq niyyətində deyilik. Həqiqətən də AVMVİB Rəhbərliyi bu qərarın yerinə yetirilməsində israrlı görünür. Çünki belə qərarlar adətən təşkilatı bağları daha da sıxlaşdırır və məsuliyyəti artırır. Biz artıq 8 ildir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin qəbul etdiyi qərarı rayon şöbələrimizə yerinə yetirdə bilməməkdəyik. Bəziləri iddia edirlər ki, xəbərləri yoxdur, bəzilərinin vaxtı və bəzilərinin isə imkanı çatmır. Hər üç halda sədrlərin yerində olmaması görünməkdədir. Xəbərləri olmayan sədrlərin Birliklə əlaqələrinin zəif olması, imkanı bəhanə edənlərin öz fəaliyyətlərini qura bilməmələri və vaxtı olmayanların isə tamam özgə işlərlə məşğul olmalarını izləməkdəyik. Bizim «çətirimiz» altda öz «dəyirmanlarını işlətməyə çalışırlar»
44 günlük Vətən müharibəsi bir çox sahələrdə olduğu kimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) həyatında da dəyişikliklər edib. Sıralarımıza gənc və enerjili üzvlərin axını baş verib. AVMVİB İdarə Heyəti bu bir çox şöbələrdə ətalətə son verməyə qərarlıdır. Bu sadə və asan «10 manatlıq» tapşırığın öhdəsindən gələ bilməyən sədr və elə şöbə bizə lazımdırmı? Əlbəttə lazım deyil. Devizimiz, «ya işləməlisiniz, ya da işləməlisiniz» olub. Çünki illərdir ki, müharibə veteranları öz dəmir iradələri və Birliyin qərarlarını diqqətlə yerinə yetirən şöbə sədrlərimizin və üzvlərimizin hesabına ayaqda qala bilib. Təkcə 44 günlük müharibə günlərində bu Birlik «Orduya dəstək» kampaniyası çərçivəsində yüz minlərlə manatlıq yardım təşkil edərək ön cəbhəyə çatdırdı. AVMVİB İH-nin bu qərarı məcburidir və hər kəs bu qərarı yerinə yetirməyə borcludur. İndidən tədbirinizi görün.
Qeyd edək ki, ödənişlər haqqında məlumat cədvəli avqust ayının əvvəlində “Fədai” az. saytında dərc olunacaqdır. Nəzərə çatdırırıq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin “Fədai.az”, “Veteran.az” sayıtlarının və “Veteran TV” internet televiziyasının saxlanılması üçündür.
AVMVİB-in Mətbuat xidməti