18 iyul 2025-ci il tarixində, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatı tərəfindən Şərur rayonunun Aralıq kəndində unudulmaz qəhrəmanlarımız – şəhid Cəfər Babayevin və şəhid Oqtay Məmmədovun məzarları ziyarət olundu.
Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla anıldı, məzarları önünə gül dəstələri düzülərək dualar oxundu. Tədbirdə iştirak edən AVMVİB Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək, Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi xüsusi diqqət və qayğını vurğuladı.
Rövşən İsmayılxanlı çıxışında qeyd etdi ki, Şəhidlərimizin qəhrəmanlığı və Vətənə olan sevgisi bu torpaqların əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olaraq qalacağını bir daha sübut etdi. Onların müqəddəs xatirəsi bizim üçün hər zaman yol göstəricisi olacaq.
Ziyarət çərçivəsində kənd sakinləri ilə də səmimi söhbətlər aparıldı, şəhid ailələrinə bir daha AVMVİB adından başsağlığı verildi və təşkilatın gələcəkdə də bu cür tədbirləri davam etdirəcəyi vurğulandı. Daha ətraflı video sujetdə:
AVMVİB-in Mətbuat xidməti