Şəhid kapitan Həmid Cəfərliyə həsr olunmuş sənədli film təqdimatı oldu

Bakı, 30 iyul – Vətən müharibəsi qəhrəmanı, şəhid kapitan Həmid Cəfərlinin həyat və döyüş yoluna həsr olunmuş “Qəhrəman kapitan Həmid Cəfərli” adlı sənədli film ictimaiyyətə təqdim olunub. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin birinci müavini Vahid Abdurəhmanov və digər qonaqlar iştirak edib.

Layihənin rəhbəri əməkdar incəsənət xadimi Şəmistan Əlizamanlı, ssenari müəllifi Rey Kərimoğlu, quruluşçu rejissoru Roman Yaşar, montajçısı Amo Yaşar, redaktoru Həcər Hüseynova, prodüseri isə AVMVİB-in Nəsimi rayon təşkilatının sədri Elmar Hüseynovdur.

Sənədli film əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Öysüz kəndindən olan, 2020-ci il Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan Həmid Cəfərlinin həyatını, ailəsini, məktəb illərini və şərəfli hərbi xidmət yolunu əhatə edir. Filmə real döyüş kadrları, səs yazıları və fotolar daxil edilib.

1990-cı il avqustun 1-də Bakıda anadan olan Həmid Cəfərli Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, ardınca Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. 2011-ci ildən etibarən Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib. Kəşfiyyat əməliyyatlarında göstərdiyi peşəkarlığa görə bir sıra orden və medallarla təltif edilib.

Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edən kapitan Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və II Şəhidlər Xiyabanında dəfn edilib.

O, ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə “Rəşadət” ordeni və bir sıra medallarla təltif olunub.

AVMVİB-in Mətbuat xidməti

6bd01ce1-bfa0-4739-a337-a2e6d0f4d753

987654

c9835304-2696-43a9-9bf7-726bddea0cbd

Whats-App-Image-2025-08-01-at-17-06-25-1

Whats-App-Image-2025-08-01-at-17-06-59

Bu xəbəri paylaşın: