AVMVİB rəsmi olmayan bəyanatlara qarşı xəbərdarlıq etdi

Ötən gün ‘YouTube’ sosial şəbəkəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı haqqında, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucovun müəllifi olduğu məktub əsasında, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) adından bəzi fikirlər səsləndirilmişdir.

Bildiririk ki, Sərraf Orucov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində (AVMVİB) heç bir rəsmi vəzifə tutmur və təşkilatın adından rəsmi bəyanat vermək, təşkilatın mövqeyini ifadə etmək və ya rəsmi açıqlama vermək səlahiyyətində deyil. Bu səlahiyyət yalnız birliyin sədrinə məxsusdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) dövlətimizi, dövlətçiliyimizi və Müzəffər Ali Baş Komandanımızı dəstəkləməklə bir daha bəyan edir ki, o yeganə rəhbərdir ki, son 200 ildə onun komandanlığı altında torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın suverenliyi tam bərpa olundu və beləliklə xalqımızın namus-qeyrət məsələsi də həll olundu.

Ona görə də, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi respublikamızda dövlətimizi, dövlətçiliyimizi və Müzəffər Ali Baş Komandanımızı dəstəkləyən bütün qeyri-hökumət təşkilatları ilə, həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə sıx əməkdaşlıq edir və bundan sonra Vətənimizin rifahı naminə belə əlaqələrini daha da inkişaf etdirəcəkdir.

İctiamiyyətin diqqətinə çatdırırq ki, AVMVİB-in özünə məxsus rəsmi internet resursları və Mətbuat Xidməti fəaliyyət göstərir. Təşkilatın Mətbuat xidməti tərəfindən təsdiqlənməyən və ya yayımlanmayan heç bir məlumat, açıqlama və ya bəyanat təşkilatın rəsmi mövqeyi kimi qəbul edilə və ya hər hansı formada Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ilə əlaqələndirilə bilməz.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: