AVMVİB Lənkəran rayonunda tədbir keçirdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində bir qrup müharibə iştirakçıları ilə görüş keçirilib. Lənkəran şəhər Veteranlar Klubunda baş tutan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başladı . Görüşdə AVMVİB sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, Humanitar şöbənin müdiri Əhli Həbiyev, Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov, Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, müharibə veteranları və qazilər iştirak edirdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov tədbir iştirakçılarını məlumatlandıraraq bildirdi ki, layihənin əsas məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş I və II Qarabağ müharibəsində iştirak etmiş veteranların hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılması, eləcə də layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdan ibarətdir.

Çıxış edən Niyazi Quliyev bildirdiki, məqsədimiz müharibə veteranlarının üzləşdikləri sosial və hüquqi problemlərin öyrənilməsi, onların həllinə dəstək göstərilməsi, ehtiyacı olanlara isə birbaşa hüquqi yardımın təşkil edilməsidir. Humanitar şöbənin müdiri Əhli Həbiyev çıxış edərək bildirdi ki, biz müharibə veteranlarını hüquqi cəhətdən maarifləndirmək, problemlərin həllində onlara yardımçı olmaq, veteranların birgə səyilə problemləri üzə çıxarmağın yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq. Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov çıxış edərək bildirdi ki, bu günə kimi veteran vəsiqəsi ala bilməyən keçmiş döyüşçülərə veteran vəsiqəsinin alınması üçün lazımi sənədlərin toplanılmasında köməkliklər göstəriləcək. O, bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə Lənkəran veteranları adından öz minnətdarlığını çatdırdı.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkildi.

AVMVİB-in Mətbuat xidməti

342e3

IMG-9714

IMG-9717

IMG-9747

IMG-9762

IMG-9771

IMG-9778-1

Bu xəbəri paylaşın: