AVMVİB sədri Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik etdi

20 sentyabr — Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edirəm. Bu əlamətdar gün xalqımızın qəhrəmanlıq iradəsinin, dövlətçiliyimizin sarsılmazlığının və milli həmrəyliyimizin parlaq təcəssümüdür.

Antiterror əməliyyatından sonra əldə olunan tarixi Qələbə nəticəsində suverenliyimizin tam bərpası Azərbaycan xalqının mübarizliyinin və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsinin bəhrəsidir. Bu gün hər birimiz qürurla deyə bilərik ki, dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, milli birliyimiz sarsılmaz bir gücə çevrilmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq biz də Ali Baş Komandanın ətrafında sıx birləşmiş, Vətənimizin, dövlətçiliyimizin və bayrağımızın keşiyində durmağa hər zaman hazır olduğumuzu bir daha bəyan edirik.

Dövlət Suverenliyi Gününüz mübarək olsun!

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: