AVMVİB Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş geniş tərkibli iclas keçirdi

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin, eləcə də Bakı və Bakıətrafı rayon şöbələrinin sədrlərinin iştirakı ilə Şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş geniştərkibli iclas keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

İclasda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin milli birliyimiz, dövlətçiliyimiz və ordu quruculuğu sahəsində yaratdığı yeni reallıqlar müzakirə olunmuş, həmçinin veteranların sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinə qayğının artırılması və təşkilatın gələcək fəaliyyət istiqamətləri kimi mühüm məsələlər gündəliyə çıxarılmışdır.

AVMVİB sədri Füzuli Rzaquliyev xəstəxanada müalicə aldığı üçün iclası sədrin Birinci müavini Vahid Abdurəhmanov aparmışdır. O, çıxışında təşkilatın qarşısında duran yeni vəzifələrdən danışaraq vurğulamışdır ki, AVMVİB yarandığı ilk gündən etibarən milli həmrəyliyin, dövlətçilik ideyalarının və qanuni hakimiyyətin keşiyində dayanmış, daim dövlətə və orduya mənəvi dayaq olmuşdur.

Vahid Abdurəhmanov qeyd etmişdir ki, artıq 31 ildir fəaliyyət göstərən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa və bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə sadiq qalaraq onun ətrafında sıx birləşmişdir. “Biz bu gün də dövlətimizin, ordumuzun və xalqımızın yanında dayanmaqda qərarlıyıq. Minlərlə şəhid ailəsinin və döyüşçü yoldaşlarımızın təmsilçiləri olaraq Müzəffər Ali Baş Komandanımıza sədaqət andımızı bir daha ifadə edirik,” – deyə o bildirib.

İclas iştirakçıları yekdilliklə vurğulamışlar ki, AVMVİB bundan sonra da dövlətimizin və xalqımızın maraqları naminə, şəhid ailələrinin və qazilərin rifahı uğrunda yorulmadan fəaliyyət göstərəcəkdir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-10-11-at-20-15-56

Whats-App-Image-2025-10-11-at-20-15-57

Whats-App-Image-2025-10-11-at-20-15-57-1

Whats-App-Image-2025-10-11-at-20-15-57-2

Whats-App-Image-2025-10-11-at-20-15-57-3

Whats-App-Image-2025-10-11-at-20-15-58

Whats-App-Image-2025-10-11-at-20-15-58-1

Bu xəbəri paylaşın: