AVMVİB sədri Füzuli Rzaquliyev: «Mübariz İbrahimov xalqımızın qəhrəmanlıq simvoludur»

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətə qovuşduğu gündür.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirib ki, Mübariz İbrahimovun adı Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. O, Vətən sevgisinin, cəsarətin, qorxmazlığın və əsgər qeyrətinin ən parlaq nümunələrindən biridir.

Mübariz İbrahimov öz canını Azərbaycan torpaqlarının müdafiəsi uğrunda fəda edərək milyonlarla insanın qəlbində əbədi yaşamaq haqqı qazanıb. Onun göstərdiyi qəhrəmanlıq Azərbaycan gəncliyinə örnək olub, xalqımızın mübarizə əzmini daha da gücləndirib. Sonrakı illərdə əldə olunan Zəfərin mənəvi təməlində də Mübariz kimi igid oğullarımızın qəhrəmanlıq ruhu dayanır.

Bu gün biz Milli Qəhrəman Mübariz İbrahimovu dərin ehtiramla yad edir, onun əziz xatirəsi qarşısında baş əyirik. Mübariz İbrahimovun adı və əməlləri Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

Bu xəbəri paylaşın: