PENSİYA ARTIMI: «İSLAHATÇI GƏNCLƏR» «OBSKURANTİST QOCALARA» RƏHMƏT OXUTDURURLAR

Təkrar biliyin anasıdır. Bu yazını Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin 2018-ci il hərbi pensiyalarla oynadığı oyunlardan bəhs etmişdik. Bu gün yenidən yayınlamaqda fayda var…

Müharibə əlilləri pensiyalarının artımları ilə bağlı nazirlikdən normal cavab ala bilmədiklərinə görə AVMVİB -ə müraciətlər etməyə başlayıblar. Yeni komandanın bacarıqsızlığı və bu sahəni bilməmələri, əlilləri qəbul edib onları maraqlandıran suallara cavab verə bilməmələri qısa vaxtda müharibə əlillərinin ciddi narazılığına səbəb olub.


Araşdırmalara başladıq. Həqiqətən sosial dövlətin aidiyatlı qrumuna Əli Nağıyevdən sonra yalnız işbazlar ayaq açıb. Müharibə iştirakçıları bu sahənin yarıtmaz fəaliyyətinə səbəb kimi qurumun korrupsiyalaşmasında görürlər.
Öncə verilmiş fərmana əlavə olaraq 25 iyun 2018-ci ildə «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması QAYDASI» ölkə prezidenti tərəfindən təsdiqləndi və bu qanuna əsasən, 2.2.2. Bu Qaydanın 2.2.1-ci yarımbəndində göstərilən şəxslərin səlahiyyət müddətində fəaliyyət dövrü səlahiyyət müddətindən az (yarısından az, yarısı qədər və ya yarısından çox, lakin tam olmadıqda) olduqda onların tutmuş olduqları vəzifələr üzrə əməkhaqqındakı artım əsas götürülməklə pensiyanın artım məbləği fəaliyyət dövrünə uyğun olaraq (tam fəaliyyət dövrünə görə 80 faiz olmaqla) aşağıdakı düstura əsasən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur:

PMA = ƏHA x (FD x 80% / SM), burada:

PMA – pensiyanın artım məbləği;

ƏHA – orta aylıq əməkhaqqının artım məbləği;

FD – səlahiyyət müddətində fəaliyyət dövrü (il tam olmadıqda iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla);

SM – səlahiyyət müddətidir.


…yaxud, 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur:

PMA = ƏHA x (FD x 50% / 15), burada:

PMA – pensiyanın artım məbləği;

ƏHA – orta aylıq əməkhaqqının artım məbləği;

FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür.


2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.


2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən — Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır.

3. Yekun müddəalar

Bu Qaydaya uyğun olaraq qulluq stajına görə əlavə alan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən hesablanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir…

Bu barədə Qaynarinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bu Qayda 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və sair («Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin) qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanması qaydasını müəyyən edir.

1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş həmin şəxslərin pensiyalarına qulluq stajına görə əlavələrin hesablanmasının yeni mexanizmə uyğunlaşdırılması və əmək haqqında, təminat xərcliyində və dövlət məvacibində artımlar olduqda onların da pensiyalarını bu artımlara müvafiq artırılması təmin edilir.

Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında müvafiq kateqoriyalardan olan ümumilikdə 90 min nəfərə yaxın əmək pensiyaçısının əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılacaq.

Edilmiş artımlar qeyd olunan şəxslərə növbəti ayın, yəni iyul ayının pensiyaları ilə birgə toplam halda ödəniləcək.
Bu açıqlamada da hərbçilərin və xüsusən də müharibə əlillərinin pensiya artımlarına tam aydınlıq gətirilməyib. AVMVİB təşkilatının üzvü olan hüquqşünaslardan bu qanunu şərh etməyi xahiş etdik. Verilən açıqlamaya görə, hərbi qulluqçuların staja görə pensiyasında artım yoxdur. Amma artımların və bundan sonrakı artımların hesablanmasında dəyişikliklər mövcuddur. Əgər 10% artımı hesablasaq, tutaq ki, bu məbləğ 100 manat edir. Bu məbləğın isə 2%-i 2 manata bərabər olur. Bu vəsaiti 37 illik güzəştli stajına vururlar. Yəni 37×2=74 manat. Demək sizin hesablanmış pensiyanıza 10% deyil cəmi 74 manat, faizlə desək 7,4% əlavə ediləcək. Bundan sonrakı artımlar, məhz bu cür hesablanacaq.

Bu il Milli Ordumuzun iliydi, amma…

Fedai.az Araşdırma Qrupu

29 iyun 2018-ci il

P.S. İl-2020: “Bu gün əmək pensiyaları iki hissəyə bölünür”.

Fedai.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir müavini bildirib ki, hərbi qulluqçuların əməkhaqlarının artımı həyata keçirildikdə pensiyalarının məbləği artır: “Ancaq ümumi əsaslarla pensiyaların məbləği isə hər il dövlət başçısının müvafiq sərəncamları ilə indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir.

Dəyişikliklərdə heç bir halda hərbi qulluqçuların pensiya təminatının azalmasından söhbət getmir. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği əməkhaqları artandan-artana yox, hər il indeksasiya edilsin”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •