Heç bilirsiz, şəhidlik nə deməkdir?

Qurani Kərimdə buyrulur: «Allah yolunda öldürülənlərə (şəhid olanlara) «ölü» deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.» (Bəqərə surəsi, 154-cü ayə).

Həzrəti peyğəmbərimiz Məhəmməd (s.a.s) şəhidlər haqda demişdi: «Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar».

Əsil döyüşçülər üçün şəhidlər Vətən kimidir. Biz onları Vətən kimi müqəddəs bilər və Vətən kimi sevərik.

Dünən gecə dərin bir yuxuya daldım, çox gözəl bir röyayla sabah oyandım. Sən ise Vətən keşiyindəymişsən, əsgər. Şəhid olmuşsan, çox utandım…

Ağlıyar hər gecə, şəhid anası… Ağlayar hər səhər, şəhid anası… Acın ürəyimizi yaxar, şəhid anası. “ANAM” sən üzülmə ki, o qan yerdə qalacaq. O qanın hər damlasına bir düşməni qurban etmək boyun borcumuzdur!

Pərdəni araladığınızda, Günəşi parlayan göy üzünü görürsünüzsə, O gözəl günlərin hesabını ödəyən şəhidlər vardır. Onları xatırlayın.

Şəhidlik titul deyil ki, hər kəs alsın. Bu adı Allah verər. Özü də sevdiyinə verər…

Əsil döyüşçülər üçün şəhidlər, qarşısında diz çökülən Bayraq kimidir…Öpülən Torpaq kimidir.

Şəhidlər sadəcə sıralarımızı tərk edib dönməyənlərdir.

Anlayırsınızmı, ey sıxsan torpağından qan daman məmləkətini südə satan qansız və xain övladları, heç bilirsiniz şəhidlik nə deməkdir?

Onları unutmayın. Şəhidini unudan millət ölmüş deməkdir. Şəhidinə ehtiram göstərməyən dövlət çökmüş deməkdir. Sizi unudanları görüncə, yaşamaqdan və belələriylə bir ölkədə yaşamaqdan utanıram.

Heç bilirsiniz, şəhidlik nə deməkdir?

Şəhidlər bu məzar üstündə «Mən gəldim» deyən övlada cavab verməməkdir… O məsum körpəyə verilməyən cavabdır, şəhidlik… O cavabı unutmayın!

X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

ALLAH RƏHMƏD ELƏSİN ŞƏHİDLƏRİMİZƏ

Posted by Servan Qenberov on 17 İyul 2020, Cümə
Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •