Başkəndin azad edilməsindən 28 il keçir

Başkənd əməliyyatı Azərbaycan Ordusunun 1-ci Qarabağ müharibəsindəki böyük qələbələrindəndir.

1858-ci ildə Başkənd bəylərindən birinin qapısında nökərçilik edən ermənilərdən bir haxcığın fitnəsi ilə yoldan çıxması və ermənilərin yavaş-yavaş Başkənddə məskunlaşmağına icazə verməsindən sonra quldur ermənilər Başkənddə geniş şəkildə yerləşirlər. Daha sonra Çəmbərəyə birləşdirilən Başkənd erməni kəndi kimi sənədləşdirilir və böyük obyektlər, taxılçılıq, süd və süd məhsulları, həttda Fransanın ayaqqabı zavodunun filialı Başkənddə açılır.

Ermənilər üçün geniş dəhliz və Gədəbəyin tam göbəyində yerləşən bu qəsəbə, düşmənə böyük üstünlük verirdi ki, Gədəbəyin Şınıx bölgəsini tam nəzarətdə, blokadada saxlasın. Nankor düşmən 1990-cı il yanvarın 30-da Gədəbəydən Şınıx istiqamətdə gələn mülki maşını atəşə tutur, içərisində 6 nəfər mülki insanımızı vəhşiliklə qətlə yetirirlər.

1992-ci il avqustun 6-sında hücum edərək Mutudərəsi kəndini tamamilə yandırır, Krasnoselski ilə Başkənkəndini birləşdirirlər. Lakin 1992-ci ildə igid Azərbaycan oğullarının əks hücumları qarşısında aciz qalaraq, Başkənd və Mutudərəsini tərk etməli olurlar.


Başkənd uğrunda şəhid olan döyüşçülərimizi sayğı ilə anırıq.

Sağ olan qazilərimizin qarşısında baş əyirik.

Leyla Həsənova

P.S. Həmin əməliyyatın aparıcı simalarından olmuş, AVMVİB üzvü Əmrah Cabbarovu bu qələbə münasibətiylə təbrik edirik!

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •