Kamçatkadan Vətənə uzanan xeyirxah əllər

Rusiya Federasiyasının Kamçatka vilayətində yaşayan soydaşlarımız tərəfindən maddi yardım şəklində yığılıb Vətənə göndərilən və AVMVİB tərəfindən Qarabağ qazilərinə çatdırılan xeyriyyə kampaniyası çərçivəsində daha 10 nəfərə yardım edildi.

AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, Vətəndən uzaqda yaşayan soydaşlarımızın bu humanist addımını alqışladığını bildirdi. Bizimlə əlaqə yaradan Mehman Həbibovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri fərmanı ilə təltif etmək qərarı verdik.

Vahid Abdurəhmanov qeyd etdi ki, Kamçatkada yaşşayan soydaşlarımızın hər birinə ayrı-ayrılıqda təşəkkür edirik. Bu cür övladları olan Vətən basılmaz.

Bu gün səngər xəstəliklərindən əziyyət çəkən müharibə veteranlarına diqqət artırılmalıdır. Vətən uğrunda savaşlara qatılmış müharibə veteranı Pyotr Kuvşinova da soydaşlarımızın göndərdiyi yardımı çatdırdıq. AVMVİB sədrinin I müavini Kamil Şirinov döyüş yoldaşı haqqında danışdı və «Bizim Pyotr» dediyi insanın bir Azərbaycan sevdalısı olduğunu bildirdi.

Həmçinin Kamil Şirinov da AVMVİB adından uzaq Kamçatkada yaşayan və qəlbləri Vətənlə döyünən vətənpərvər eloğlularımıza öz minnətdarlığını bildirdi. Bu təcrübənin geniş yayılmasının vacibliyni qeyd etdi.

Bu gün imkansızlıqdan əziyyət çəkən döyüş dostlarımızın yanında olmağa çalışırıq, amma imkanlarımız o səviyyədə deyil.

Pyotr Kuvşinov ona göstərilən diqqətdən riqqətə gəldiyini və xüsusən də Rusiyadan yardım göndərən soydaşımıza öz minnətdarlığını bildirdi. Onu unutmayan döyüş dostlarına öz salamlarını çatdırmağı xahiş etdi.

Əl tutmaq Əlidən qalıb deyirlər. Darda olana, köməyə ehtiyacı olana yardım əli uzatmaq hər birimizin vətəndaşlıq, insanlıq vəzifəmizdir. İmkansız və qürurlu soydaşlarımıza yardım əlini uzatmaqla vətəndaşlıq və insanlığın nə olduğunu, cəmiyyətimizə sirayət etməsini alqışlayırıq.

Həyat paylaşıldıqda gözəldir!

Elnur Səlim
Nurlan Məmmədli

Bu xəbəri paylaşın: