Ermənilər müharibəyə hazırlaşır — Qarabağda 40 yaşınadək kişiləri toplayırlar

Qondarma Dağlıq Qarabağın “Müdafiə Nazirliyi” 40 yaşına qədər ehtiyatda olanları müqavilə ilə hərbi xidmətə çağırır.

KONKRET.az xəbər verir ki, bu haqda elan qısa video ilə müşayiət olunub.

Videoda “Artilleriya qurğusunda çalışanlar, minaaxtaranlar, qumbaraatan üzrə mütəxəssis, pulemyotçu, snayper, ekskavator, buldozer və qreyder sürücüləri, mexaniklər, avtotexniklər, qaz və elektrik qaynaqçıları xidmətə dəvət olunurlar” deyilir.

Xidmət zamanı müqavilə ilə çalışan hərbçilər özləri və ailələri üçün nəzərdə tutulan sosial müavinətlərdən, habelə istirahət günlərindən istifadə edəcəklər.

Babək Göyüş                                                                

Bu xəbəri paylaşın: