AVMVİB Tovuz şöbələrərinin üzvləri Tovuz rayonunun Qaraqaya yüksəliyi uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun məzarını ziyarət ediblər.
Bu barədə məlumatı AVMVİB Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev sosial şəbəkədə yayıb.
E. Vəliyev Salamət müəllim başda olmaqla Biləsuvarlılara xoş münasibətə, səmimiyyətə, qonaqpərvərliyə görə xüsusi təşəkkürünü və minnətdarlığını bildirib.
Müharibə veteranları bu addımla şəhidlərimizə ümumxalq sevgisini və rəğbətini nümayiş etdiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim







