Dünənki yayınımızda müharibə veteranı İlham Həsənovun şikayəti əsasında onun evinin məcburi köçkünlər tərəfindən boşaldılmaması barədə məlumat vermişdik. Yazıda adı çəkilən müharibə veteranı, məcburi köçkün Ərəstun Əşrəf oğlu Abbasov yazıda qeyd olunan bir çox məqamlara aydınlıq gətirib.
Ərəstun Abbasov bildirib ki, onlar kimsənin mənzilini zəbt etməyiblər və bu yaxınlaradək yaşadıqları mənzili o vaxtlar Ucar rayonu Polis şöbəsinin rəisi verib. Yəni boş mənzil, əslində dörd divardan ibarət olub və onu bu illər ərzində təmir edib yaşayış üçün yararlı hala salmışıq. Bu gün mənzilin sahibi olduöunu iddia edən İlham Həsənov bu mənzilə 2012-ci ildə order alıb və bu order 2014-cü ildə bu order rayon İcra Hakimiyyəti tərəfindən ləğv edilib. Mənzilin boşaldılmasına gəlincə isə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlər üçün şəhərcikdə verilən köçmüşəm və o mənzildə mənə aid heç nə yoxdur. Bu məsələdə hazırki məqamda mənim adımın hallandırılması yolverilməzdir.

Ərəstun Abbasov bildirdi ki, hazırda o mənzildə deyəsən yerli sakin Samir Ələkbərov yaşayır. Yəni bu mənzildə mənə aid heç bir əşya yoxdur.
Qarabağ uğrunda döyüşlərin iştirakçısı olmuş, müharibə veteranı Ərəstun Orucov bu məsələylə bağlı sənədlərin surətlərini də təqdim edib. Bu sənədlər burada verilmiş fikirləri təsdiqləmək üçün yetərlidir.
Biz veteranların hüquqları uğrunda mübarizə aparan bir təşkilatın orqanı kimi hər iki veteranımızın yanındayıq və ümid edirik ki, Ucar rayon İcra Hakimiyyəti bu problemə öz münasibətini bildirəcək.
Elnur Səlim

