Təhsil naziri vətəndaşlara MÜRACİƏT etdi

COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

Fedai.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır:

Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”.

Bu xəbəri paylaşın: