Belarusda «UXODİ» etirazları davam edir…

Minskdəki etirazlar, demək olar ki, tamamilə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan şəhər mərkəzindən kənarlara — Kamennaya Gorka, Serebryanka və Uruchye mikrorayonlarına, eləcə də Dzerjinsky və Rokossovskiy prospektlərinə doğru hərəkət etdi. BBC-nin verdiyi xəbərdə belə deyilir.

Bəzi yerlərdə etirazçılar toplaşmaqda davam etməkdədirlər. Bu ara polislər və ordu birlikləri xalqın tərəfinə keçməyə başlayıblar. Zavod və fabrik işçiləri tətil edərək mitinqçilərə dəstək veriblər. Mitinqlərin coğrafiyası anbaan genişlənməkdədir. Ölkənin iri şəhərləri olan Minsk, Qrodno, Brest, Vitebsk, Qomel və digər şəhərlərdə mitinqlər davam edir.

Xatırladaq ki, bir gün öncə hüquq mühafizəçiləri həyətlərdə xüsusilə fəal idilər — insanları qovurdular və dubinkalarla döyürdülər. Təhlükəsizlik qüvvələrinə eyvanlardan qışqıran insanlarda bəzən rezin güllələrlə atəş açırdılar.

Çərşənbə axşamı günü Meduza-nın xüsusi müxbiri Maksim Solopov Minskdəki həbsxanadan sərbəst buraxıldı — təqribən iki gündür taleyi haqqında heç nə bilinmir. Gün ərzində həbs olunanların həbsdən azad edilməsinə başlanılıb. Həbsdən azad edilənlər də etirazçılara qoşulublar. Onlar döyülərək, təhqirə məruz qaldıqlarını bildiriblər. 32 nəfər Rusiya vətəndaşı da Rusiyaya təhvil verilib. Rusiya bildirib ki, bu adamlara qarşı heç bir tədbir həyata keçirilməyəcək.

BBC-nin çəkiliş qrupuna da hücum edilmişdi: işarəsi olmayan qara geyimli bir adam akkreditasiyadan keçməsini tələb etdi, bundan sonra müxbirin boynundan bir kart çıxardı, kameranı əlindən cıraraq sındırmağa çalışmışdı.

Avropa Birliyi, tutulanların dərhal azad edilməsinə çağırır və Belarusiyadakı seçkilərin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin riayət edəcəyi tələblərə cavab vermədiyini bildirdi.

Bəyanatda deyilən AB-nin sanksiyaları «şahidi olduğumuz zorakılıqda günahlandırılanlara, əsassız həbslərə və seçki nəticələrini saxtalaşdırmaya qarşı tədbirləri də əhatə edə bilər.»

ABŞ Dövlət Departamentinin nümayəndəsi Corc Kent, 11 Avqust Çərşənbə axşamı günü Vaşinqtonun Belarus hakimiyyətinə qarşı bir sıra mövcud sanksiyaların olduğunu, lakin indi Amerikanın müvafiq rəsmilərinin mümkün yeni sanksiyaları təyin etmələrini söylədi.

“Biz əvvəllər tətbiq olunan sanksiyaların heç birini qaldırmadıq. Prezident Lukaşenkoya qarşı sanksiyalar qalmaqdadır. Son iki gündə baş verən hadisələrə mümkün reaksiya baxımından müəyyən şəxslərin roluna baxa bilərik: kütləvi saxtakarlıq əlamətləri nəyə bənzədiyinə dair Mərkəzi Seçki Komissiyasının sədri, xüsusi təyinatlı polis dəstəsinin rəhbəri — OMON və digər səlahiyyətlilər».

Corc Kent Belarusiyadakı vəziyyəti müzakirə etmək üçün vaxtın gəldiyini söylədi.

Hazırda zaman diktatorun əleyhinə işləməkdədir. Mitinqlər günbəgün daha çox insanı əhatə edir. Lideri qaçmış mitinqçilər öz səslərini qorumaq əzmində olduqlarnı bildirirlər. Xalq OMON və digər hökumət qüvvələinə nisbətdə daha səbrli və sivil mübarizə aparmaqdadırlar. Bu günədək bir dənə də olsun mağazanın şüşəsi sındırılmayıb və heç bir qanunsuz hərəkətə cəhd edilməyib.

Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasını toplasa da köhnə dediklərindən fərqli bir şey söyləməyib. Belorusda hər iki tərəf «UXODİ» deməkdədir. Görək kim çıxıb gedəcək?

Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •