Ömrümüzün sonunadək koronavirusla birgə yaşamağa məhkumuq!

Xoş gəldin, dünyamıza koronavirus!

Dr. MEHMET ÖZ

Facebooka girib bu virusa görə nələrsə yazmaq istədim, illərlə düzgün girmədiyim bir şey yazmaq istədim, çünki yanvarın 15-dən bu yana, yəni 2 ay ərzində bu xəstəliklə bağlı çoxlu elmi məqalələr oxudum.

Əvvəlcə bunu qeyd etmək də bir fayda var. Bu virusdan heç bir xilas yolu yoxdur, dostlar. İstisnasız hamımız bu virusa yoluxacağıq. Amma nə qədər gec yaxalansaq, o qədər yaxşı olmasını sonda açacağam. Qrip virusu kimi biz bu virusla da on illərlə birgə yaşamağı öyrənəcəyik. Buna əmin olun. Virusun yayılmasını yavaşıtmaqla səhiyyə sektorunun çökməməsini təmin etmək üçün karantin, məzuniyyət, sosial məsafə və s. tətbiq edilir.

Xəstəliyin sürətlə yayılmasıyla xəstəxanaların reanimasiya bölmələri çətin vəziyyətə düşə bilər və İtaliyada olduğu kimi, hansı xəstənin yaşayacağına və öləcəyinə qərar vermək lazım olması kimi dəhşətli bir vəziyyət yaranır.

Virus dediyimiz şeylər əslində ölümcül, pis düşmən deyildir. Əsasən yerləşdikləri sahə sayəsində onlar da bizim kimi canlı varlıqlardır. Adətən heyvanlardan bizə keçirlər və bəli, ümumiyyətlə, heyvanları öldürmürlər. Çünki onların özləri yaşamaq üçün yaşadıqları canlılara ehtiyac duyurlar. Əsrlər boyu heyvanlarla yaşamağa alışmışlar.

Bəs biz niyə ölürük? Çünki bir-birimizi tanımırıq. Virus hələ də heyvan orqanizmində olduğunu düşünür. Hələ yeni malikanəsinin şərtlərini bilmir. Müəyyən bir müddətdən sonra biz onlara qarşı immunitet qazanacağıq və onlar öz əbədi həyatları üçün mutasiya edəcəklər. Beləliklə, birlikdə yaşamağa alışacağıq.

Məsələn, herpes labialis adlı virus barədə heç eşitmisinizmi? Siz bu barədə eşitməmisiniz, amma bu, dünyada ən çox yayılmış viruslardan biridir və bədənimizdə ölüncəyə qədər məhv olmazlar. Bəs bu virus nə edir? Dodaqlarınızda uçuqlama meydana gətirir. Bu yara onun əlamətidir. O bizi öldürmür, çünki ölsək o, yaşaya bilməz.

Qrip virusu da belədır. Onun ölüm nisbəti 0,1% civarındadır və ümumiyyətlə, bədənlərində xroniki problemləri olanları öldürür. Dünyadakı yarım milyard insan ilbəil bu qrip virusunu alır. Bu şəkildə birgə yaşamağa öyrəşdiyimiz çoxlu virus var. Korona virusları ilə (adətən, mers və s.) yaşamağa alışacağıq (əlbəttə ki, bəlkə mers ilə 1000 il sonra).

Dediyim kimi, hamımız bu virusu yoluxacağıq. Bəlkə bir çoxumuz hətta tutulmuşuq, amma heç fərq etməmişik. Vücudumuz artıq virusla yaşamağa alışmışıb və ya virus bu bədəndə yaşaya bilməyərək, digər ev sakinlərinə keçdi. Bu mövzuda ən yaxşı nümunə Diamond Princess gəmisidir. Gəmidə olan 3700 nəfərdən 700-ü pozitiv olub. Lakin bu 700 nəfərdən 350 nəfəri xəstəliyi hiss etməmişdi. Və hələ də çox sağlamdırlar. Yataqda yatmırlar. Orta yaş da olduqca yüksəkdir.

Bəs niyə beədir? Çünki o 350 nəfərin çox güclü bir immunitet sistemi var. Beləliklə, bu xəstəlikdə ən vacib şey immunitet sistemidir. Aramızda yaxşı sağlamlığı olanlar, idman edənlər, düzgün qidalar qəbul edənlər, siqaret çəkməyənlər və s. bu xəstəliyi hiss etməyəcəklər. Bəlkə də yüngül bir qrip kimi xəstəliyə tutulub həyatlarını davam etdirəcəklər.

Bəs nə etməliyik? Prioritet bədən müqaviməti. İdman və hərəkət. Yaxşı-qidalanma. Xüsusilə meyvə və tərəvəz ilə sarımsaq, qatıq, kefir, yaşıl çay və s. Sonrakı, qida əlavələri. Xüsusilə vitamin C, sink, beta qlükonatlar (1.3 və 1.6) və qara elderberry ekstraktı. Meyvələr, tərəvəzlər və əlavələrlə, özünüzə qulluq etsəniz, bu qışdan keçməyə kömək edə bilər. Çünki immunitet sistemini çox davamlı edir.

Dediyim kimi, bu virusla yaşamağa alışın. Önümüzdəki illərdə, bəlkə də aylar və ya həftələr, ya mutasiya olunacaq, ya da daha ölümcül olacaq, özünü və bizi öldürər, bu çox da inandırıcı deyil, ya da bu virus bizimlə yaşamağı öyrənəcəkdir. Peyvənd tapılsa da, hər dəfə mutasiya etdikdə, peyvənd öz funksiyasını itirəcəkdir. Qrip peyvəndləri də belədir. Yalnız sizi ötən illərin qrip viruslarından qoruyur. Yenilərindən qorumağa qabil deyil. Beləliklə, tam qorunmanı təmin etmir. Tam qorunma həmişə immunitet sisteminizdir.

Ancaq dediyim kimi, virusun sağ qalması üçün yerləşdiyi ev sahibini öldürməməli və digərlərini yoluxmağa can atmalıdır. Bunun üçün mutasiya keçirməlidir. Mutasiya dediyimiz şey nəsil ilə əlaqədardır və viruslar çoxalmaq üçün və çox tez öldüklərinə görə bizdə illərlə davam edən nəsil dəyişikliyi, onlarda saatlarla davam edir. Bu şəkildə çox tez mutasiya edirlər. Çox güman ki, zaman keçdikcə virusa yoluxmuş insanı öldürməməsi üçün koronavirus mutatsiyaya uğrayacaq. Beləliklə, bu virusa nə qədər gec yoluxsanız, təhlükə o qədər az olacaq.

Bəli, bu virus hamımızı yoluxduracaq, amma nə qədər gec gəlsə, bir o qədər şanslı olacağıq. Buna görə evdən mümkün qədər çıxmamaq, gigiyenaya diqqət yetirmək, düzgün qidalanmaq, yerimək və lazımi əlavələri qəbul etmək lazımdır. Bu işləri görənlər şübhəsiz hamımızdan daha uzun yaşayacaqlar.

Xülasə:

1- Özünüzü karantinə alın. Ən azından virusla ən gec təmasa girənlər ən şanslı olacaqlar.
2- Gigiyena. Mümkün qədər təmizliyə diqqət yetirin.
3- Meyvə və tərəvəz yeyin.
4- Toxunulmazlığı yaxşı olan sarımsaq, kefir, qatıq kimi qidaları istehlak edin.
5- İmmunitet üçün çox yaxşı olan qidalı əlavələr və vitaminlər qəbul edin. Misal üçün: beta qlükozalar, C vitamini, sink, qara qarağat ekstraktı və s.
6- Evdə hərəkət edin və idman edin.
7- Siqareti dayandırın.
8- Bol su içmək.

Zəhmət olmasa, telefonunuzda qeydiyyatdan keçmiş hər kəslə bunları bölüşün.

Sizə sağlıq diləyirəm…

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •