Zəngilan 865 saylı Alayın keçmiş döyüşçüsü torpaqlarımızı erməni işğalçılarından müdafiə edərkən 1993- cü il, 8 martda erməni işğalçılarının Zəngilan rayonunun Kollu kəndinə hücumunun qarşısını alarkən Qəhrəmancasına şəhid olan Səfquliyev Xəlil Cavanşir oğlu 19.08.2020-ci il tarixdə AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin təqdimatıına əsasən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin Əmri ilə AVMVİB-nin təsis etdiyi «Müharibə Veteranı» Xatirə medalı ilə təltif olundu.
Həmin gün şöbə sədrinin müavini Qarayev Ənvər, şöbə üzvü Şıxıyev Şıxı ilə birlikdə şəhidin anası İmmi xalanı ziyarət ediblər. Müharibə veteranları Xatirə medalını şəhidin anası Səfquliyeva İmmi Xəlil qızına təqdim ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun.
Şəhidlər Ölməz, Vətən Bölünməz!