800 ildir ki, «Türk kəndi» adlandırılan Belçikanın Faymonville yaşayış məntəsində Türkiyənin şərəfinə bir karnaval təşkil edildi.
Bayramda Belçikada və digər Avropa ölkələrində yaşayan çoxsaylı türk icmasının nümayəndələri iştirak edirdi. Qonşu kəndlərin sakinləri də bayrama qatıldılar. Karnaval mərasimini şənləndirən önündə türk bayrağı olan bir orkestr var idi. Türkiyənin Anadolu agentliyi xəbər verir ki, iştirakçıların geyimləri və folklor ifaları karnaval ziyarətçiləri arasında böyük maraq oyatmışdı.
Biz də öz növbəmizdə bu kəndlə bağlı maraqlı faktları sizinlə bölüşəcəyik.
Faymonvillenin mərkəzi meydanında Belçika dövlət bayrağının yanında yüksək bayraq dirəyində böyük bir Türk bayrağı dalğalanır, baxmayaraq ki, bu kənddə heç kim türk dilində danışmır və ya türk mənşəli deyillər.

Qəsəbə Ardennes dağlarında, Liejdən çox da uzaq deyil və cəmi 100 nəfərin yaşadığı yerdir. Türk bayraqları yerli kitabxananın pəncərələrində də görünür və binanın qarşısında aypara və ulduzla bəzədilmiş mərmərdən bir abidə var.
Türk bayrağı eyni zamanda Türkaniya kənd futbol klubunun rəsmi bayrağıdır. Tərəfdarlar matçlar zamanı Türkiyə bayraqlarını dalğalandırırlar.
Hər il fevralın sonu və ya martın əvvəlində, Faymonville sakinləri yeni başlayan ili Yeniçərilərin marşı ilə yürüş edirlər, yerlərdə karnaval keçirirlər, atlılar Türk bayraqları daşıyırlar.
Rəvayətə görə, kəndlilər Səlib yürüşlərində iştirak etməkdən imtina etdikdən, xaçlı orduya qoşulmadıqdan və hətta xaçlılara əsəbiləşdirmək üçün kənd kilsəsindən zəngləri çıxartdılar və azanı təqlid etməyə başladılar (müsəlmanların duaya çağırışı).
Sonrakı mənbələrə görə, XVI əsrdə Katolik Kilsəsi Osmanlı Türklərinə qarşı mübarizə aparmaq üçün Avropa ölkələrindən hərbi vergi toplamağa başlayanda, Faymonville sakinləri yenə də vergi ödəməkdən imtina etdilər və onları «Türklərin dostu və xristian dünyasının düşmənləri» adlandırdılar.
Yerli yaşlı sakinlər deyirlər ki, belə qəribə davranışlar bir vaxtlar kəndi xarabalığa şevrilməkdən xilas etmişdir. İkinci Dünya Müharibəsi illərində Alman istilası zamanı Wehrmacht birlikləri bütün Belçikanı viran qoydular, ancaq Faymonvillendən yan keçdilər, çünki yerli sakinlər Türk bayraqları asmışdılar və Almaniya uğursuz olsa da Türkiyəni öz tərəflərinə çəkməyə çalışırdılar.(TuranToday.com)