Avropa Birliyinin aparıcı ölkəsi olan Almaniyanın yekun mövqeyi belədir: «Verilən məlumata görə, Almaniya federal hökuməti Belarus rəhbərliyindən dinc nümayişçilərə qarşı zorakılığı dayandırmağı tələb edir. Hökumət, müxalifət və cəmiyyət arasında «milli dialoqun» zəruriliyini vurğulayan Zaybert, «məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir» deyib.
AFR hökumətinin nümayəndəsi qeyd etdi ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Belarusiyadakı prezident seçkilərinin nəticələrinə yenidən baxılmasında müəyyən rol oynaya bilər. Onun sözlərinə görə, rəsmi seçki nəticələrinin «ölkədəki həqiqi rəyə uyğun olmadığı» göz qabağındadır.
Aİ Belorusun sərt təzyiqlərə məruz qoyulması Rusiyanın Belorusda daha da möhkəmləməsini təmin edəcəyindən çəkinir. Həm də Dünyada gedən Qlobalistlərlə anti qlobalistlərin mübarizəsi də diqqətdən qaçırılmamalıdır.
Yəni Almaniyanın mövqeyi tam tövsiyyə xarakteri daşıyır. Xalqın yenilik istəkləri həqiqətdir. Lakin bu etirazlar Tixanovskaya — Sepkalo — Babariko «troitsa»sına sevgi ilə bağlı deyil. Sadəcə belarus xalqı uzun ilər boyu bir rəhbərin iradəsi altında olmaqdan bezib. Və bezdiklərinə görə «göydə uçan qarğaya da» səs verə bilərlər. Bu aksiyalar yeni liderlərin xarizması ilə deyil, Lukaşenkoya nifrətlə əlaqəsi daha çoxdur.

Politoloqların fikrincə, «Lukaşenkonun 26 illik idarəçiliyinin bütün 26 ilini qara rəngə boyamaq böyük səhvdir». Lukaşenkonun uğurları da olub. Ölkəsi üçün çox şey etdi, xüsusən də Belarus sənayesini xilas etdi. Buna görə də, məsələn, Tixanovskaya, prezidentin bir zaman uğurları olduğunu söylədi, amma indi onun rolu dağıdıcı oldu və hər kəsin vaxtında postunu tərk etməsi lazımdır, bu baş vermədikdə narazılıq seçicilərin daha böyük bir hissəsini əhatə etməsinə səbəb olur. Lukaşenko bu gün bu siyasi problemlə üzləşib.
Daha bir maraqlı fakt sosial şəbəkələrdə yayılıb. Tixanovskaya — Sepkalo — Babariko «troitsa»sı üzvləri eyni zamanda İsrail vətəndaşlığına malikdirlər. Üstəlik, Babarijo İngiltərə, Sepkalo ABŞ, Tixanovskaya isə Litva vətəndaşlarıdır. Babariko ingilis siyasətçilərinin təklifiylə prezidentliyə namizədliyini verdiyini açıqlayıb. Tixanovskaya isə Litvaya qaçıb. Xalqın dəyişiklik istəklərindən yararlanmaqla Belorusiyanı ələ keçirməyə çalışan Soros və Qlobalistlərin dəsti-xətti hər addıçda duyulmaqdadır. Həmçinin dünyanı virusla «oynadan» qlobalistlərin Belorusda iflasa uğramasını Lukaşenkoya bağışlamaq istəməmələri günbəgün daha aydın şəkildə gün üzünə çıxır. Yəni Belorusa göndərilən Soros «demokratiyası» qan qoxumaqdadır.

Sosial şəbəkədə Jan Qaskin adlı bir istifadəçi Belarus hadisələri ilə bağlı maraqlı məlumatlar verib. Svetlana Tixovskaya barəsindəki statusu olduğu kimi diqqətinizə çatdırırıq: «Belarus inqilabının «Jeanne-d-Ark»ı, patron Sorosun «sağ əli» olan Bernard Henri-Levinin yanında təcili bir təhsil proqramı keçib. Onun yaratdığı «Yeni Fəlsəfə» məktəbi, əslində, Sorosun Dünya Qloballaşması layihəsinin ideoloji əsaslandırılmasına yönəlmiş ilk cəhddən başqa bir şey deyil. Marksizmdən uzaqlaşan Levinin «yeni fəlsəfə» sosial tərəqqi ideyasını rədd etdi və bunun günahını «dövlət aparatının dağıdıcı rolu»nun üzərinə atdı. Hər hansı bir gücün sonda totalitar sistemə çevrildiyini və buna görə «rejimlərin» güclənməsinə imkan verməmək ideyasını müdafiə etməyə başladı. Bunun üçün bütün ölkələrdə güclü liderlərin hakimiyyətə gəlməsini əngəlləmək və suveren qurumların ləğvinə başlamaq lazımdır, çünki Levinin fikrincə, bütün bunlar «diktaturanın doğulnmasına zəmanət verilir».

Bernard Henri-Levi bu gün yalnız neoliberalizmin əsas ideoloqu deyil, həm də Məğrib və Orta Şərq ölkələrini islamçı hökumətlərdən təmizləmək məqsədi güdən mərhələli bir konsepsiyanın müəllifidir. 2005-ci ildə İslama küfr edən Salman Rüşdi ilə birlikdə «Yeni Totalitarizmə Qarşı Birgə» manifestində təzahür etdi. Levinin nəzəri hesablamaları həmişə həyatda tətbiq olunur. 2011-ci ildə Liviya üsyançıları ilə danışıqlarda iştirak edərək, onları «edamçı» Qəddafinin əleyhinə danışmağa təşviq etdi və 2012-ci ildən bəri Benqazidən silahlı müxalifət nümayəndələrini dostu Sarkozinin yanına gətirərək Liviya üzrə əsas Avropa müşaviri oldu.
2013-cü ildə isə B. Əsədin «qanlı rejimi»nə qarşı bir ideoloji müharibə apardı. «Onun geosiyasi maraqları həmişə çox uzun çəkib. 2010-cu ildə Levi, Popes Pius XII və XVI Benedikti, yəhudi icması tərəfindən onlara qarşı yönəlmiş siyasi hücumlar qarşısında açıq şəkildə müdafiə etdi. Bir «müharibə xəbərçisi» olaraq Bernard Henri-Levi həmişə transmilli korporativ elitanın uzunmüddətli planları ilə maraqlanan yerlərdə peyda olurdu. Adətən Putin Rusiyasının maraqlarına zidd hərəkət edirlər. Beləliklə, Levi Serbiyanın bombalanmasını və daha sonra parçalanmasının tərəfdarı olmuşdu. 9 fevral 2014-cü ildə o, «Evromaydan» səhnəsindəki çıxışında fevralın 10-da Le Monde qəzeti tərəfindən yayınlanmış «Hamımız ukraynalıyıq» başlığı ilə çıxan yazı mətni ilə çıxış etdi. 2016-cı ilin fevral ayında Levi yeni bir fundamental əsərini nəşr etdi: «İudaizm dahisi», müasir dünyada idarəetmə hüququnu əsaslandırdı.2019-cu ildə Levi, «millətçilik» və «populizm»ə qarşı liberal dəyərləri müdafiə etmək məqsədi daşıyan «Avropa ilə mübarizə edin, yoxsa düşmənlər onu məhv edəcək!» ideyasını irəli sürdü.
Liberalizmin əsas nəzəriyyəçisi, IQ 82 olan bir evdar qadına tez bir zamanda bu şeyləri öyrədə bilirsə, bu, həqiqətən onun «Qloballaşma və Tərəqqinin şöhrəti üçün» yeni bir uğur sayılacaqdır!»
Belorus hələlik ayaqdadır. Amma proseslər artıq artan templə deyil, azalan templə geri dönməkdədir.
AVMVİB Mətbuat Xidməti