Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib ki, ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub.
Yəni kasıblar da toy edəndə adını ailə yığıncağı qoysalar, deməli toy etmək olarmış. Qoy məmurların toyu TOPLANTI, kasıbların toyu isə YIĞINCAQ adlandırılsın. Həmişə toplantı və yığıncaqda…
Abel Məhərrəmov da tamadalığa keçib. Yaxşı tostlar deyir. Hələlik toplantı və yığıncaqda tost demək qiymətlərini öyrənə bilməmişik. Yəqin ki, yaxın günlərdə sorağı çıxar. O barədə mütləq xəbər edərik. Reklamı bizdən…