Millət vəkili: “Ramiz Mehdiyev istefa verməlidir”

«Ramiz Mehdiyev istefa verməlidir».

Fedai.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikri millət vəkili Etibar Əliyev sosial media hesabında bildirib. 

O, ötən günlərdə nəvəsinə toy məclisi təşkil etmiş AMEA-nın prezidenti Ramiz Mehdiyevə status həsr edib. Statusda deyilir:

“Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nın prezidenti vəzifəsindən dərhal istefa verməlidir. Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnək və dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”.

Bu xəbəri paylaşın: