Zəngilanlı veteranlar şəhid məzarını ziyarət etdilər

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev sosial şəbəkədə paylaşım edib. Biləsuvar rayonu Aşağı Cürəli kəndində AVMVİB Zəngilan rayon şöbəsinin idarə heyəti və rayon şöbəsinin üzvləri şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun 40 mərasimində iştirak ediblər.


Öncə şəhidin evində şəhidin ailə üzvləri ilə görüşüb başsağlığı veriblər və daha sonra şəhidimizin məzarını ziyarət edilib.


Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah, qisasları yerdə qalmayacaq.


AVMVİB Zəngilan rayon şöbəsi rəhbərliyi şəhidin məzarına qoyulan əklili bizə təşkil etdiyi üçün «Gül Dünyası» gül mağazasına və bu səfərdə veteranları müşayət edən Xeberekspres.az informasiya portalına təşəkkürümüzü bildiririk.


AVMVİB Zəngilan rayon şöbəsi

Bu xəbəri paylaşın: