Biləsuvarlı veteranlar şəhid zabitin məzarını ziyarət ediblər

AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi məlumata görə, iyulun 12-də Tovuz istiqamətində ermənilərin hücum cəhdinin qarşısını alarkən gedən döyüşlərdə şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun məzarını ziyarət ediblər.


Biləsuvar rayon veteranları rayona şəhid məzarını ziyarətə gəlmiş zəngilanlı veteranlarla birgə şəhid məzarını gül qoyublar.


Xatırladırıq ki, AVMVİB Biləsuvar rayon veteranları ilk gündən şəhid Rəşad Mahmudovun məzarını ziyarət etmək üçün tez-tez qəbiristanlığa gedir, şəhidimizin xatirəsini ehtiramla yad edirlər.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: