Ramiz Mehdiyevin kürəkəninə 15 sutkalıq həbs verilib

Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Fedai.az xəbər verir ki, işə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Qərara əsasən, adıçəkilən şəxs İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa, onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev #15sutka inzibati həbs cəzası aldı.Siyavuşa da 30 sutka versələr deyəcəm ki bax bu demokrasidi

Posted by Arzu Abdulla Gulzaman on Saturday, 22 August 2020
Bu xəbəri paylaşın: