Müharibə veteranı, AVMVİB Suraxanı rayon şöbəsinin sədri, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı Eldar Rüstəmovun 57 yaşı tamam olur.
Qismətdə koronavitusla da savaş varmış. AVMVİB-də öz təşkilatçılığı və fəallığı ilə tanınan şöbə sədrlərimizdən olan Eldar Rüstəmov, dünyamızı saran bu virusa qalib gələnlərin sırasındadır. Həyatında iki qorxunc virusa qarşı savaşan Eldar bəy gənc nəslin hərbi-vətənpərvər ruhda tərbiyə olunması, müharibə veteranlarının hüquqlarının bərpa edilməsi uğrunda ciddi işlərə imza ata bilmişdir.
Eldar Rüstəmovun ad günüdür! Bu münasibətlə Eldar bəyi təbrik edir, uzun ömür, can sağlığı və uğrunda döyüşdüyü torpaqlarda qələbə müjdəli könül xoşluğu ilə yaşanacaq illər arzulayırıq.
Bütün gözəlliklər sizin olsun və bu gözəlliklər içində 100 yaşa!
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi