Tiqrankertdən «Haykanuşakertə» gedən yollar…

Azərbaycan Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev pandemiya dövründə karantin qaydalarına zidd olaraq dost-tanışı başına yığıb şadyanalıq etdiyi günlərdə düşmən Suriyada itirdikləri Tiqrankerti Ağdamda tapmaqla məşğul idilər.


Azərbaycan elmi nədənsə, başa keçən, ya şadlıq evi tikər, ya çaxır satar, ya da binadan — zaddan tikib colma-cocuğu evləndirib səfa sürərlər.


Amma bir şeyi xatırladım ki, Tiqranakerti Ağdamda tapan haylar, vallahi və billahi, Haykanuşakerti elə Bakıda tapacaqlar. Ara Abramyan əbəs yerə deməyib ki, bizimkilər sizdə xanım, sizinkilər isə bizdə kölə olaraq saxlanılır…


Şahbulaqda ermənilər Elmlər Akademiyasının işini görürlər, ötən dəfə «bu icazəni bizim EA verməyibsə, niyə kimsənin səsi çıxmır?»-deyə yazmışdıq. Yəqin əllərində «işləri və sifarişləri» var…

Əli Nəsib Zərdabi

FOTOLAR: Şahbulaqda qanunsuz aparılan qazıntılardandır. Yəqin ki, Elmlər Akademiyyası «paxmeldən» sonra bu işlə bağlı işlər görəcəklər…

Bu xəbəri paylaşın: