ERMƏNİLƏRDƏN DAHA BİR PROBLEM

Başqırdıstanın keçmiş prezidentliyə namizədi Ramilə Səitova çətin bir sınaqla üzləşib. O, Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaşandığı günlərdə sosial şəbəkələrdə «Başqırdıstanlılar meşə yanğınlarını söndürərkən ermənilər Ufanı işğal edirlər» başlığı ilə güya ki, anti-erməni videosu yayıb. Emənilərin iddiasına görə, VİDEONUN qısa məzmunu da belədir ki, Səitova parkda əylənən bəzi qızlara yaxınlaşır və hansı millətə mənsub olduqlarını soruşur. Qızların»Erməni» olduqlarını eşidəndə guya Səitova kobud şəkildə onlara sual verir: «Bəs ölkəmizdə nə edirsiniz? Nəyə görə UFA şəhərində ermənilər belə çoxdur?..»


Səitovanın bu hərəkətlərindən qorxuya düşən yerli erməni təşkilatları hüquq — mühafizə orqanlarına şikayət edərək, onu ksenofobiyanı və etnik dözümsüzlüyü açıq — aydın təbliğ etməkdə günahlandıraraq barəsində cinayət işinin açılmasını tələb edirlər.


Beləliklə, bu gün keçmiş siyasətçi Səitova addım başı ermənilər tərəfindən təqib olunduğuna dair minlərlə təhdid məktubları aldığını əsaslandırmağa çalışır. Xüsusi diqqət çəkən də odur ki, Səitova Ufa və Bakıda azərbaycanlı icmalarının köməyi ilə müdafiəsini təşkil etməyə çalışır.


Ermənilər isə utanmadan həyasızcasına Başqırdıstan rəhbərinin arvadının erməni olması sayəsində ölkədə at oynatdıqları barədə reallığı unudaraq bildirirlər ki, Ramilə Səitiva Azərbaycan tərəfindən ermənilərə qarşı təxribatlar yaratmağa cəlb olunur və buna dörə də maliyyə yardımları alır.

DOSTLAR, xahiş edirəm, ən başlıcası MÜSƏIMAN olduğuna görə, TÜRK xalqının bir fəal üzvü olduğunagörə gəlin onun VİDEO vasitəsilə bizlərə müraciətini nəzərə alaraq ona mənəvi dəstəyimizi əsirgəməyək. Qoymayaq ki, mənfur ermənilər bizləri — MÜSƏLMANLARI parçalara ayıraraq məhv etmə planları həyata keçirsinlər.


Ən dəhşətlisi isə odur ki, Ufa şəhərində əksər yüksək vəzifələri zəbt etmiş ermənilərin «HRAPARAK» erməni saytında guya ki, təhqir olnmaları kimi qələmə verməsi və bu məsələyə xüsusi milli don geydirməsidir. Axı, bu qədər də olmaz… Nə qədər gəmiyə minib gəmiçi ilə dava etmək olar? Xahiş edirəm qısa VİDEOYA axıracan baxıb öz fikirlərinizi bildirəsiniz.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın: