… Kamalist inkişaf özəl sahibkarlığa üstünlük verdi, lakin dövlət sərmayəsinə əsas tutdu. Statistik iqtisadi siyasətlər və bu siyasətin əsası olan KİT-lər, Türkiyədə çox müvəffəqiyyətli olmuşdur. Əldə olunan nəticələr bunu əyani şəkildə göstərdi və bu uğur, məhz yerli mənbələrə əsaslanırdı.
Üstəlik, asılılığa səbəb olacaq heç bir xarici borc alınmamış, qarşılığı olmayan pul çap edilməmiş və 15 il üçün balanslı bir büdcə qurulmuşdu …
1922-1925 illəri arasında inflyasiya 3 faiz, 1925-1927 illəri arasında 1 faiz oldu. Türk valyutası xarici valyutalara qarşı dəyərdən düşmədi, əksinə bəzilərinə qarşı dəyər qazandı.
1924-cü ildə 9.5 quruş olan Fransa frankı, 1929-cu ildə 7.7 qəpiyə, bir Amerika dolları isə 187 qəpikdən 127 qəpiyə düşmüşdü. Məhdud miqdarda xarici borc əsasən dəmir yollarının milliləşdirilməsində və dövlət kibrit fabrikinin yaradılmasında istifadə edilmişdi və bu borclar Osmanlı Dövlətindən götürülən Düyunu Ümumie borcları ilə birlikdə vaxtında ödənildi …
Mənbə: METİN AYDOĞAN «Sonsuz Oyun»
