Paşinyan generalları Xankəndinə toplayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə gəldi və orada generallarla görüşlər keçirdi.


Erməni KİV-lərinin məlumatına görə, Nikol Paşinyan hərbçilərlə görüş keçirərək, separatçı rejimlə «hərbi əməkdaşlığı dərinləşdirmək» məsələsini müzakirə edib.


Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə getdikcə artan səfərləri İrəvanın təxribat siyasətinin davam etdiyini göstərir.


Digər tərəfdən, təxminlərə görə, Ermənistanın yaxınlarda Rusiyadan gətirilən silahların dərhal Qarabağda yerləşdirməsi mümkündür.


Silahların siyahısına dronlara qarşı elektron müharibə vasitələri də daxildir.

Elnur Səlim

Bu xəbəri paylaşın: