Putin Lukaşenkonun ad gününü təbrik edib

Rusiya Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub .

Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.

«Prezidentlər Rusiya — Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər. Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar», — deyə Kremlin məlumatında qeyd olunub.

Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır. Lukaşenko işə avtomatla gedir, Putin ittifaqdan dəm vurur.

Bu xəbəri paylaşın: