AVMVİB Dəmir Yolu şöbəsinin sədri Mehdi Hacıyevin verdiyi məlumata görə, şöbə üzvü olan müharibə veteranlarının və vətənpərvər Dəmir Yolu işçilərinin səyi ilə dəmir yolu relslərində işlənmiş şpalların cəbhə bölgələrində yerləşən hərbi hissələrə göndərilməsini təmin edir.
Bu ləvazımat kimi ön səngərlərdə işlədilir. Hərbi hissədə xidmət edən şəxsi heyət bu vətənpərvər və xeyirxah işlərin görülməsində əməyi olan veteranlara öz təşəkkürlərini bildirirlər.
AVMVİB Dəmir Yol şöbəsinin sədri Mehdi Hacıyev bildirdi ki, bu işlər bundan sonra da davam etdiriləcək.
Elnur Səlim



