Ermənilər Talış kəndində təmas xəttinə yaxın evləri yandırıb

Dağlıq Qarabağdakı qondarma rejimin “istintaq komitəsi” işğal altındakı Ağdərə rayonunun Talış kəndində, qoşunların təmas xəttinin yaxınlığında bir neçə evə və dəyirmana od vurulduğunu bildirir.

2016-cı ilin aprel müharibəsi zamanı Talış kəndi istiqamətində şiddətli döyüşlər gedib, Azərbaycan xüsusi təyinatlıları kəndə daxil olsalar da daha sonra hücum əməliyyatı dayandırılıb. Kənd hazırda Azərbaycan ordusunun mövqelərinin nəzarəti altındadır.

Xatırladaq ki Nikol Paşinyanın və David Tonoyanın Qarabağa səfərindən sonra müdafiə istehkamları yaradılmasına geniş vüsət verilib.

Bu xəbəri paylaşın: