Ağdərə rayonu Talış kəndində yanğını kim törədib?

Sentyabrın 1-də qondarma Dağlıq Qarabağ respublikasının ərazisində güclü yanğın baş verib.

Erməni mətbuatının verdiyi məlumata görə, naməlum şəxs tərəfindən 7 nəfərə məxsus 3 fərdi ev və onlara məxsus olan un dəyirmanı yandırılıb.

Baş vermiş cinayət işi ilə əlaqədar olaraq, qondarma «Dağlıq Qarabağ respublikasının» cinayət məcəlləsinin 191-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə cinayət işi açılıb.

Ehtimallara görə Aprel döyüşlərindən sonra qaçıb Şuşa və Xankəndində məskunlaşmış Talış kəndinin əhalisi zorla geri qaytarılır. Çox güman ki, elə bu evləri ev sahibləri yandırıblar ki, onları geri qaytarmasınlar. Məhz ona görə də ev sahiblərinin adları şərti olaraq, baş hərfləri göstərilməklə çəkilir: «Qondarma DQR-in İstintaq Komitəsinin rəsmi açıqlamasında, naməlum şəxs tərəfindən Ağdərə (Mardakert) rayonunun Talış kənd sakinləri N.A, B.S, Q.O, A.A, V.A, N.S və Z.D-ya məxsus 3 fərdi yaşayış evinə, habelə icmanın un dəyirmanına qəsdən od vuraraq yandırılıb».

Düşmən faktı gizləməkdə məqsədləri ondan ibarətdir ki, digər kəndlərdə də bu president yarana bilər. Müharibə qorxusundan qaçmaq istəyənlər bu üsuldan istifadə edə bilərlər. Çünki yerli ermənilərin getmələrinə ciddi qadağalar mövcuddur. Bunu qondarma rejimin miqrasiya idarəsi dəfələrlə etiraf edib.

Xatırladaq ki, buna bənzər hadisə Tovuz istiqamətində iyul ayında növbəti erməni təxribatı baş vermişdi. Sərhədyanı ərazilərdə yaşayan ermənilər öz evlərini kütləvi şəkildə tərk edərək, işğal olunmuş əraziləri təcili şəkildə boşaldırlar. Hələ Ermənistanda yerli əhalinin sərhədyanı ərazilərdən qaçdığını görən Paşinyan hakimiyyəti bunun qarşısını almaq üçün onlara təzyiqlər göstərməyə məcbur oldu.

Sağ qalmaq üçün əhali evlərini yandırıb qaçırdılar.

İqtisadi cəhətdən zəif olan qondarma respublika da ağaları kimihərəkət etməyə üstünlük vermişdir. Talış kəndində bəzi sakinlərə 17 ev tikilsə də evlərin çoxu yaşamaq üçün yararsızdı. Həmçinin, Armenia Today-ın yazdığına görə, analoji yanğın hadisəsinin 2018-ci ilin iyulunda da baş verdiyini qeyd edib.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: