Terrorçuların ümüdinə qalan Rusiya generalı Tonoyanla görüşdü

2 sentyabrda dünyada tanınmış terrorçu Monte Melkonyanın şərəfsizliyinə həsr olunmuş «Azadlıq Döyüşçüləri» yarışmasının bağlanış mərasimindən sonra ER Müdafiə Naziri David Tonoyan Dilicanda Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Andrey Kartapolov ilə görüş keçirib.

Həmsöhbətlər, epidemiya şəraitində Ermənistanda təşkil olunan «Azadlıq Döyüşçüləri» yarışmasının müddətini, iştirakçıların hazırlığını yüksək qiymətləndirdilər və müsabiqənin əməkdaşlığı təşviq etdiyini vurğuladılar.

David Tonoyan və Andrey Kartapolov qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə dialoqu davam etdirəcəklərini bildirdilər.

Xatırladaq ki, Lavrov da PKK-PJD terrorçuları ilə Kremldə bir araya gəlmişdi.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: