İranın İdman naziri qələbə münasibətilə Traxturun yerinə fars komandasını təbrik etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin İdman naziri Məsud Sultanifər İran kubokunu qazanan Traxtur futbol komandasını təbrik etmək yerinə həmin komandaya uduzan Tehranın İstiqlal komandasını təbrik edib.

Bu ayrıseçkiliyi tənqid edən Traxtur futbol klubunun Sahibi Məhəmməd Rza Zunuzi deyib: “İdman naziri İstiqlal komandasını ikinci olması münasibətilə təbrik etdiyi halda Traxturun qələbəsini  təbrik etməkdən imtina edib.  O Traxturun çempionluğundan sonra İstiqlal klubunun problemlərindən danışır. Bir idman verilişində çıxış edərək bu komandanın məğlub olmasının səbəblərini təhlil edir. Bumudur ədalət? Çox təəssüf edirəm!”

Qeyd edək ki, İran adlanan ölkədə irqçilik o səviyyəyə çatıb ki, bütün sahələrdə həmin irqçiliyin izlərinə rast gəlmək olar. Bu yeni qeyri-adi hal da türkə qarşı ayrıseçkiliyin təzahürlərindən bir nümunədir.

Bu xəbəri paylaşın: