Tanınmış professor BDU-ya buraxılmadı: 65 yaş…

Bakı Dövlət Universitetinin «Beynəlxalq jurnalistika” kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli karantin rejimində yaş məhdudiyyəti səbəbindən universitetə buraxılmayıb.


Qaynarinfo xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:


«2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:


— Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.
— Niyə ki?- Yaşınız 65-dən çoxdur.


Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •