Niyə, biz, PKK-nın terrorist bir təşkilat kimi tanınması barədə qanun qəbul etmirik?

PKK-nı terrorist bir təşkilat kimi tanınması barədə Azərbaycan Respublikasının Milli Məclisində dəfələrlə 2007, 2011, 2019-cu və başqa illərdə müzakirələr olmuş, lakin bu terrorist təşkilat barəsində qanun qəbul edilməmişdir.

Rəhbərlikdə oturan şəxslər isə qanun qəbul etmək əvəzinə terrorizmi pisləyən bəyanat, bəyannamə qəbul etməklə öz işlərini bitirmiş hesab etmişlər. Hətta Milli Məclisin deputatı hörmətli Fazil Qəzənfəroğlu «bəyanat elə qanun kimi bir şeydir»- demişdir. Mən uzun müddət Fazil Qəzənfəroğlundan fərqli olaraq hüquqşunas kimi fəaliyyət göstərmişəm. Bilirəm ki, Qanun qanun, Bəyannamə isə bəyannamədir. Bir misal çəkim, əgər Milli Məclis RKK-nı terrorist bir təşkilat olması barədə qanun qəbul etsə, onda ölkədə PKK simpatirazlarının əl-ayağı yığışar, terrorçuların gizli-açıq sərmayəçiləri və himayədarları, onların təliğatçıları sərbəst hərəkət edə bilməzlər. Ona görə ki, qanun onları dərhal məsuliyyətə cəlb edə bilər. Amma bəyannamə ilə heç kimi məsuliyyətə cəlb etmək olmaz.

Dünyanın, Avropanın, Amerikanın, İranın, Rusiyanın, Gürcüstanın terrorçu kimi tanıdığı bir təşkilat Azərbaycanda hələ də müəyyən dairələr tərəfindən himayə olunur «krişalıq» edilir.

Terrorbaşı Abdulla Ocalan elə belə deməmişdir «əsas dayaqlarımızdan biri Azərbaycandır».

Bu gün İraqdan çoxsaylı PKK üzvüləri İraqda olan erməni səfiri Qraçiya Poladyan vasitəsi ilə Ermənistana, oradan da Qarabağa təlim keçmək və Azərbaycan əleyhinə vuruşmaq üçün gətirilmişdir. Hələ 1-ci Qarabağ savaşında belə erməni hərbi qüvvələri içərisində yüzlərlə PKK üzvü Azərbaycan hərbi hissələrinə qarşı vuruşmuşlar.

Heç kimə gizli deyil ki, PKK dünyanın 5 ölkəsinə ərazi iddiası irəli sürür. Türkiyə, İran, Suriya, İraq və Azərbaycan. PKK Azərbaycanın parçalanmasında böyük rola malikdir. Onlar Qarabağın Azərbaycandan qoparılmasında və Azərbaycanın zəiflədilməsində də maraqlıdırlar. Azərbaycan ərazisində (Laçında) «Qırmızı Kürdüstan» yaratmaq ideyası eyni hədəfə-ölkənin parçalanmasına xidmət edir.

İndi isə sizə PKK-nın yaranması barədə bəzi mətləbləri açmaq istəyirəm. PKK (Kürdüstan Fəhlə Partiyası) 27 noyabr 1978-ci ildə Abdulla Ocalan tərəfindən yaradılmışdır. Təşkilatın yaranmasında məqsəd Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmaq olmuşdur.Təşkilatın ümumi büdcəsi 30 milyon dollara yaxındır. 2017-ci ildə PKK rəsmi olaraq ordusunda 14 min əsgərin xidmət etdiyini bildirmişdir. Hazırda qardaş Türk dövləti bütün diqqətini bu terror təşkilatının məhv edilməsinə ayırmışdır.

Bizim dövət saytları PKK-nın Qarabağda yerləşdirilməsi barədə çox qısqançlıqla məlumatlar versələr də, bizdən uzaq Misir və Özbəkistan portalları bu barədə bizə lazımı məlumatları çatdırılar. Məsələn, Misirin «Cairo.24» informasiya portalı Ermənistanın terror təşkilatları ilə əməkdaşlığından yazır. Orada deyilir ki, «Uğursuz hökumətlər terrorçu ünsürlərdən istifadə edirlər». Orada o da göstərilir ki, Ermənistan hökuməti əsas bazası Beyruttda yerləşən ASALA terror təşkilatının, həmçinin Suriya və İraqdakı PKK və YPG terrorçularının səfərbər edilməsinə başlayıb. İşğalçı dövlət onlardan Azərbaycana qarşı hərbi təxribatlarda istifadə etməyi planlaşdırır.

Özbəkistan tnevs.uz portalı Dağlıq Qarabağa Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının xüsusi dəstələrinin gətirilməsi ilə bağlı məlumat vermişdir. Yazıda bildirilir ki, Ermənistan hökumətinin təşəbbüsü ilə Livan ermənilərinin Qarabağda yerləşdirilməsi məsələsindən sonra indi də PKK terrorcuları Qarabağda yerləşdirilir.Orada deyilir ki, 2009-cu ildə Suriya erməniləri də Qarabağda yerləşdirildikdən sonra PKK-nın Suriya qanadından olan 250 terrorçu Ermənistan silahlı qüvvələrinin tərkibinə daxil olmuşdur.

Hal-hazırda bizim əlimizdə tutarlı faktlar var ki, ermənilər Qarabağda Azərbaycan əleyhinə vuruşmaq üçün PKK, Asala kimi terrorçu qruplardan istifadə edir. Bu da onu göstərir ki, ermənilərin dünyaya səs salaraq millətlərin öz müqədaratını təyin etməsindən danışması cəfənk bir hay-küydür. Qarabağda, dünyada tanınan terror qrupları olduğuna görə biz orada öz torpağımızda anti-terror əməliyyatı aparmalıyıq. Ona görə ki, Beynəlxalq Qanunlar bizə belə bir haqqı vermişdir. Etmiriksə, demək təqsirkar özümüzük.

Abbas Hüseynli

AVMVİB sədrinin müavini

Bu xəbəri paylaşın: