Qazimiz kömək gözləyir…İki polkovnik Qaziyə baş çəkdi

Ehtiyatda olan, AVMVİB üzvləri polkovniklər Elmar Hüseynov və İlham Rüstəmov Qarabağ Qazisi üçün xalqımıza müraciət etdilər. 12 iyul 2020-ci il tarixdə cəbhənin Tovuz rayonun Ağdam kəndi istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşərkən MAHXE Nəsirov Kənan Füzuli oğlu ağır yaralanıb.

Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır. Bədəninin aşağı ətrafı iflic olub. Həkimlərimizin diaqnozuna görə Qazimizə hər gün iynə terapiya olunmalıdır. Terapiya üçün özəl klinikadan həkimlər dəvət olunur, hər bir seansı 50 manatdır.

Həkimlərimizin bildirdiyinə görə bu prosses 3 ay davam etsə, Qazimiz ayağa durub, yeriyə bilər. Qazimizin ailəsi Tovuz rayonunun Əlibəyli kəndində yaşayır. Ailəsinin maddi imkanı çox məhduddur. Əziz vətənimizin xeyirxah oğul və qızları gəlin Qazimizə maddi köməkliyimizi əsirgəməyək.

Onu da qeyd edim ki, Qazimiz əlil arabasına da ehtiyacı var.

Əlaqə telefonu: 050-214-65-00

Fərid Faiqoğlu (AJB-nin üzvü)

P.S. AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov sosial şəbəkədə paylaşdığı statusda yazıb: «Hacılara, Məşədilərə, Kərbəlayılara, imkanlı şəxslərə müraciət edirəm. Kənan Nəsirova kömək edək. Bank müdirlərinə, iş adamlarına müraciət edirəm. Bu əsgərimizi ayağa qaldıraq. Heç bir partiyanın üzvü deyil. Moşennik, dələduz deyil. Vətən uğrunda aşağı ətrafı iflic olub. O bir Vətən fədaisidir!»

Bu xəbəri paylaşın: