Diqran kimin dayısıdır?

Armenia Today hay həyasızlığının Ağdamın Şahbulaq qalasında Tiqrankert qazıntılarından yazı yayınlayıb. Məqalədə deyilir: «2010-cu il iyun ayının ortalarında Tiqranakert qazıntıları başladı və avqustun sonunda bitdi. İrəvan Dövlət Universitetinin Kulturologiya şöbəsinin müdiri, tarix elmləri doktoru Hamlet Petrosyanın rəhbərliyi ilə Ermənistan Respublikası Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Artsax arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Qazıntılar DQR səlahiyyətliləri tərəfindən maliyyələşdirilir.

Təşkilati iş DQR hökuməti yanında Turizm Departamenti və Tiqranakert Reserve tərəfindən koordinasiya olunur. İşə YDU-nun Arxeoloji Laboratoriyasının baş elmi işçisi, Memarlıq namizədi Lyuba Kirakosyan, Artsax Dövlət Universitetinin Tarix kafedrasının müdiri, tarix elmləri namizədi Vardges Safaryan, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, t.ü.f.d. Inessa Karapetyan, eyni institutun tədqiqatçısı Nora Yengibaryan, YDU-nun Arxeologiya və Etnoqrafiya Bölməsinin aspirantı Tatiana Vardanesova, memar David Naatakyan, YDU və ArDU tələbələri, 40-dan çox işçi iştirak edirdilər.

Qazıntılar əsasən qalada, möhkəmləndirilmiş məhəllənin şimal divarında, mərkəzi məhəllədə (bazilik kilsəsinin ərazisi) aparılmışdır.

Kəşfiyyat qazıntıları şəhərin və ətrafındakı bir neçə nöqtədə aparıldı.» (http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=32011)

Azərbaycan MEA-sı isə Ramiz Mehdiyevin toy əhvalatlarının «arxeoloji, potoloji, antropoloji və s.» araşdırmaları ilə məşğul olduğundan, belə işlərə cavab verməyə vaxtları olmur. Sadəcə əllərində «işləri çoxdur». Amma bu məsələyə heç olmasa kimsə cavab verməlidir. Görəsən bu Tiqran dedikləri gopoloji personaj hansı erməni əsillimizin dayısıdır?!

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: