Məşhur müəllim evində məktəb qurdu — Foto

Son illər fərqli dərs metodları ilə bütün Azərbaycana səs salmağı bacaran Həbib Əlizadə adlı tarix müəllimi Astaranın Qapıçıməhəllə kəndində kirayə qaldığı evin bir otağını dərs otağı edib.

Axar.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

«Artıq bu həftədən etibarən bütün dərs dediyim siniflərə karantin qaydalarına riayət edərək evdə tarix dərslərinin tədrisinə başladım. Yəni distant şəkildə keçməli olduğum dərslərin müddətini azca da artıraraq evdə keçirəm. Bu dərslərə görə ödəniş alınmır. Onlara izah edirəm ki, bu dərsləri onsuz da keçməli idim.

Beləliklə, şagirdlərimiz üçün bərabər təhsilalmanı təmin etməyə cəhd edirik», — deyə müəllim qeyd edib.

Bu xəbəri paylaşın: