6 il əvvəl Kəlbəcərdə şəhid olan Həsən Həsənovun həkim olmaq istəyən qızı Özləm ailəsini sevindirib. O, 577 balla Azərbaycan Tibb Universitetinin Müalicə İşi Fakültəsinə qəbul olub.
Özləm Həsənovla hazırlanan reportajı təqdim edirik.
Qeyd edək ki, Həsən Həsənov 2014-cü ilin iyulunda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Kəlbəcərə gedib. O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan Silahlı Qüvvələri onları girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb.(Publika.az)