Hər bir vətəndaşımızı rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq

Yenə mülki şəxsləri hədəfə alan erməni terrorçu qruplarına qarşı Ordumuz layiqli cavablar verməkdədir. İnformasiya sahəsində təxribatlara yol verməmək, mənbəyi olmayan şaiyələrin yayılmasının qarşısını almaq, rəsmi Müdafiə Nazirliyinin məlumatları ilə kifayətlənmək hər bir vətəndaşın borcudur. Bu sahədə verilmiş qadağaları pozanlara qarşı hər kəs mübarizə aparmalıdır.

Hər bir vətəndaşımızı rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Allah Ordumuzu qorusun!

Rəsmi məlumat: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır

Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.


Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.


Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.


Əhali arasında çaşqınlıq salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

Bu xəbəri paylaşın: