Öncə atalar, bu gün oğullar döyüşürlər…

Onlarla veteranımızın övladı cəbhədə atalarının yolu ilə gedərək azğın düşmənə layiqli cavablar verməkdədir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Abşeron rayon şöbəsinin üzvü, qazimiz Etibar Ağakişiyevin oğlu Nurlan Ağakişiyev qəhrəmancasına şəhid olması hər bir müharibə veteranının ürəyini sızlatdı.

Çünki bizlər bu problemi gül balalarımızın çiyninə yükləməsəydik və zamanında düşməni süpürüb torpaqlarımızdan atsaydıq bu gün gənclərimiz səngərlərdə olmayacaqdı.

Şəhidin atası, qazi Etibar Ağakişiyev Youtube-də deyib: «Allah mənə qazilik qismət etmişdi. Oğlum isə şəhidlik zirvəsinə yüksəldi. Qələbə naminə, Vətən naminə hamımız getməliyik. Mən özüm iyul ayından orduya yazılmışdım. Müharibədə mən özümə şəhidlik arzu eləmişdim. Oğluma nəsib oldu. Allaha şükür olsun!

Oğlum mənim oğlum idi, indi bütün xalqın oğludu. Arzum Şuşada olmaqdı»…

AVMVİB Rəhbərliyi, Abşeron rayon şöbəsi Rəhbərliyi, Fedai.az kollektivi və AVMVİB «Orduya dəstək» Qərargahı qazi Etibar Ağakişiyevə oğlu Nurlan Ağakişiyevin şəhid olmasından üzüldüklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Başın sağ olsun, Vətən!

Məkanı cənnət, şanı uca olsun!

Bu xəbəri paylaşın: