CƏBHƏ GÜNDƏLİYİ — 2.10.2020-ci il

*** Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir.

Cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüş əməliyyatları zamanı bir sıra ərazilər işğaldan azad edilib.

Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq döyüş meydanından qaçan düşmən ordusunun çoxlu sayda silah-sursatı qənimət kimi ələ keçirilib

***Azərbaycan ordusu Ermənistanın işğalı altında olan Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axan Həkəri çayının üzərindəki körpünü partladıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilir ki, bu körpü işğal olunmuş torpaqlarımızla Ermənistanı birləşdirən yolun üzərindədir.

***“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”.


Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib. 

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus helikopter və təyyarələrinin vurulması və İran ərazisində düşməsi barədə verilən məlumatlar yanlışdır: “Bu müddət ərzində düşmənin 200 tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 300 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb”.

***Хикмет Гаджиев: За сегодняшний день в Тертере упало свыше 2 тыс. снарядов

Вооруженные силы Армении продолжают целенаправленно обстреливать населенные пункты и гражданское население Азербайджана.

Об этом сказал помощник Президента Азербайджана, завотделом по вопросам внешней политики администрации Президента Хикмет Гаджиев.

По его словам, только сегодня в Тертере упало свыше двух тысяч снарядов. Это зверство, варварство и бесчеловечность. «Эти действия Армении, которые грубейшим образом нарушают международное гуманитарно право, в том числе положения Женевских конвенций от 1949 года, являются военным преступлением.

***Oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

***Erməni əsgərlər arasında atışma olub

erməni əsgəri

Gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-cı dağatıcı alayının əsgərləri arasında atışma baş verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi əldə etdiyi məlumata əsasən informasiya yayıb.

Bildirilib ki, şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizəsinə səbəb olub.


***Ermənilərin atdığı mərmi İranla sərhəddə yanğına səbəb olub

Azərbaycan ordusu ilə döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən Ermənistan silahlı qüvvələri əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.


FHN-dən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə — İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür. Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşlarımızın həyatına hər hansı təhlükəsi yoxdur.


***Paşinyan yenə Putinə «vızov» atıb

Ermənistan baş naziri Nikol Paşinyan son 6 gündə 3-cü dəfə Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Kreml məlumat yayıb. “Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub. Putin yenidən döyüşlərin dərhal dayandırılması və Minsk Qrupunu həmsədr ölkələrinin birgə bəyanatı əsasında siyasi diplomatik danışıqların bərpasını vacib bilib. Müxtəlif formatlarda kontaktların davam etdirilməsi barədə razılıq əldə olunub” — deyə açıqlamada deyilir.


***»Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək” 

“Qardaş Azərbaycan həm torpaqlarını müdafiə etmək, həm də işğal altındakı torpaqlarını azad etmək üçün böyük bir hərəkata başlayıb”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada xəstəxananın açılış mərasimində deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı ilə bir çox ərazilər işğaldan azad olunub. “Bütün imkanlarımızla, qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”, — deyə Ərdoğan qeyd edib.

***Bu gün Yerevandakı Rusiya səfirliyinin qarşısında çoxlu sayda insan cəmləşib. Onlar Qarabağda gedən müharibəyə görə Rusiyaya köçmək istəyənlərdir.

Bu haqda Znak.com Rusiya portalı bildirir. Toplaşanlar əsasən ikili vətəndaşlığı olanlardır. Bir çoxları etiraf edir ki, səfirliyə uşaqları üçün pasport almağa gəliblər və yaxın günlərdə onları Qarabağdakı döyüş əməliyyatlarına görə Rusiyadakı qohumlarının yanına göndərməyə hazırlaşırlar.

“Mən özüm buradan heç yana gedən deyiləm, amma ailənin qeydinə qalmaq və onu Rusiyaya göndərmək lazımdır”,-toplaşanlardan biri Rusiya internet-qəzetinin səfirliyin qarşısında baş verənləri müşahidə edən müxbirinə deyib. Bildirib ki, ikili vətəndaşlığı var və çoxdandır Rusiyada yaşayır. İndi gəlib ki, ailəsini Ermənistandan çıxarsın, təhlükəsiz yerə aparsın.

*** «Üç bacılar» ansamblı bəyanat yaydılar

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.

 ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar: “Mülki insanları hədəfə almaq heç bir halda məqbul sayılmır”.

***Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin rəhbərlərinin bəyanatına münasibət bildirib.

Açıqlamada bildirilir:

«Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb…

…Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamıdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərində çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Əksinə cəzasızlıq mühitində Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktlarına əl atır. Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyin üzərinə düşür».

*** Füzuli uğrunda şiddətli döyüşlər gedir 

“Azərbaycan işğal etdiyi əraziləri dinc yolla qaytarmaq istəməyən Ermənistanla danışıqlar masasına oturmamalıdır”.

Bunu Türkiyənin təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.

İşğal altındakı Dağlıq Qarabağın Azərbaycanın 20 faizini təşkil etdiyini bildirən ekspert, hazırda Azərbaycan ordusunun bütün cəbhə boyu əks-hücuma keçdiyini, şiddətli döyüşlərin getdiyini bildirib. Füzuli şəhəri ətrafında şiddətli qarşıdurmaların yaşandığını, Azərbaycan ordusunun Qafqazın ən yüksək zirvələrindən biri olan 3400 metrlik Murov dağını azad etdiyini bildirib.

***Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

— 230-dək tank və digər zirehli texnika;

— 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

— 38 ədəd hava hücumundan müdafiə vasitələri;

— 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

— 7 silah-sursat anbarı;

— 130-dan artıq avtomobil texnikası;

— 1 ədəd “S-300” zenit-raket kompleksi.

Elnur Səlim

Bu xəbəri paylaşın: